ABŞ-da COVID-19 qurbanlarının sayı 107 minə çatır

ABŞ-da COVID-19 qurbanlarının sayı 107 minə çatır

ABŞ-da son gün ərzinsə COVID-19-dan 704 nəfər ölüb.

Məlumata görə, bununla da Birləşmiş Ştatlarda koronavirusdan ölüm hallarının ümumi sayı 106 945-ə çatıb.

Qeyd edilir ki, ABŞ COVID-19 pandemiyasının episentri olaraq qalmaqda davam edir. Bu ölkədə virusa yoluxma və ölüm hallarının ən böyük sayı qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR