Əməkdar artist nəvəsini itirib: "Talasemiya idi"

Əməkdar artist nəvəsini itirib: "Talasemiya idi"

Əməkdar artist Kəmalə Müzəffərin hamilə qızı övladını itirib.

101.az xəbər verir ki, aktrisa bu haqda "Bizimləsən" proqramında deyib. Aparızı Zaur Baxşəliyev bildirib ki, uşaq talasemiya xəstəsi kimi doğulacaqmış.

Aktrisa əlavə edib ki, bir həftədir ağır günlər yaşayırlar:

"Bunu biləndən sonra biz də məcbur olub, hamiləliyi dayandırdıq. Qızımın ailə qurduğu şəxslə qohumluğumuz yoxdur. Şok olduq, heç kimə bildirmədik. Kədərimizi çəkdik. Ümidimiz var... Qızım da, kürəkənim də gəncdir.

Onlar ailə quranda müayinədən keçmişdilər, bilirdik bu olacaq. İkisi də daşıyıcıdır. Onlar 17 yaşında Türkiyədə birlikdə təhsil alıblar, bir-birini sevdilər. 8 il onlar sevgili oldu. Oğlan ağdamlıdır. Əsgərliyə getdi, qızım onu gözlədi. Sonra nişanlandılar. Bu kədərin arxasında o boyda sevgi dayanır. Onların sevgisi ilə qürur duyuram.

Anayam, bu nə deməkdir bilirəm. Çünki mənim üçüncü övladım 4 aylıq olanda başböyüməsi xəstəliyindən qucağımda öldü. Müalicəsi yox idi, sonradan öyrəndik ki, başında şişlər var. Onu basdıranda şükür edirdim. Çünki yaşasaydı ağrılardan çox əziyyət çəkəcəkdi".

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR