Hesablama Palatası: Qeyri-neft sektoru daha çox ticari sahələrin hesabına böyüyüb

Hesablama Palatası: Qeyri-neft sektoru daha çox ticari sahələrin hesabına böyüyüb

2019-cu ildə Azərbaycanda qeyri-neft sektoru üzrə ümumi daxil məhsulun (ÜDM) artmasında (artım 3,5% olub) ticari sahələr əhəmiyyətli rola malik olub, qeyri-neft sənayesinin gözləntilərdən daha çox artacağı barədə Hesablama Palatasının ehtimalı təsdiqini tapıb.

101.az xəbər verir ki, bu barədə qurumun “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

“Qənaətbəxş haldır ki, qeyri-neft sahələrinin artımı daha çox ticari sahələrin sayəsində mümkün olub, qeyri-neft sənayesi və kənd təsərrüfatı yüksək artım tempinə görə digər sahələrdən fərqlənib. Bununla belə, qeyri-ticari sahələrin əlavə dəyər istehsalına payı hələ də yüksək – 80%-dən çox olaraq qalır”, - deyə Hesablama Palatası bəyan edib.

Ticari sahələr dedikdə ölkənin icrac etdiyi məhsulların istehsalının həyata keçirildiyi sahələr nəzərdə tutulur. Bunlar isə sənaye və kənd təsərrüfatını özündə ehtiva edir.

101.az (“Report”)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR