Danimarka klubu "Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi ilə vidalaşdı

Danimarka klubu "Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi ilə vidalaşdı

Danimarkanın "Orxus" klubu məşqçisi Ruben Selles ilə yollarını ayırıb.

101.az xəbər verir ki, baş məşqçi Davil Nilsenin köməkçisi olan 37 yaşlı ispaniyalı mütəxəssisin müqaviləsi yenilənməyib.

Selles özünü başqa bir klubda sınamaq üçün bu addımı atdığını vurğulayıb.

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib. O, 2018-ci ildən "Orxus"da işləyir.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR