“Barselona” futbolçuları maaşlarının növbəti dəfə azaldılmasına qarşı çıxdı

“Barselona” futbolçuları maaşlarının növbəti dəfə azaldılmasına qarşı çıxdı

“Barselona” futbol klubunun rəhbərliyi futbolçulara yenidən maaşların azaldılması xahişi ilə müraciət edib.

Artıq klub rəsmiləri ilə oyunçuların ilkin razılıq müddəti başa çatır.

Üç ay ərzində komandanın futbolçuları maaşlarının 17 faizindən məhrum olublar. Bunun sayəsində “Barselona” 40 milyon avrodan çox vəsaitə qənaət edib.

“Rac1” agentliyi xəbər verir ki, futbolçular ikinci dəfə maaşlarının azaldılmasına qarşı çıxıblar.

Onlar qərarlarını La Liqada oyunların iyunun 11-dən bərpa olunacağı ilə əsaslandırıblar.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR