Çılpaq kişi restoranda 4 nəfəri tüfəngi ilə güllələyib
ABŞ polisinin bildirdiyinə görə, Tennessee ştatının Nashville şəhərində çılpaq kişi Waffle House adlı restorana silahlı basqın edərək 4 nəfəri tüfəngdən güllələyib.
101.az xarici KİV-ə istinadən xəbər verir ki,xəbər verir ki, basqınçı şəhər ətrafında Antioch adlı ərazidə yerləşən restorana yerli vaxtla gecə saat 03:25-də (12:25 Bakı vaxtı ilə) hücum çəkərək yarımavtomatik tüfəngdən atəş açıb.
Nəticədə 4 nəfər ölüb, daha 4 nəfər isə yaralanıb.
Yaralananlardan biri atəş açanın əlindən tüfəngini vurub yerə sala bilib, bundan sonra həmin basqıncı hadisə yerindən qaçıb.
Polis Illinois ştatından olan Travis Reinking adlı 29 yaşlı şübhəlinin axtarışına başlayıb.
Basqınçının əlindən tüfəngini vurub yerə salan James Shaw Jr adlı yerli sakin mətbuata bildirib ki, özünü qəhrəman saymır, sadəcə, həmin anda anlayıb ki, başqa çıxış yolu yoxdur və yaranmış vəziyyətdə fürsətdən istifadə edib.
Qatil hadisə yerinə pikap avtomobilində gəlib və restoranın içərisində atəş açana qədər binan qarşısında iki nəfəri öldürüb, Nashville polisinin sözçüsü Don Aaron deyib.
Atışma Nashville şəhərində bazar gününə keçən gecə yerli vaxtla saat 03:25-də baş verib.
Polisin bildirdiyinə görə, qatil çılpaq olub, əyində yaşılrəngli pencəkdən savayı başqa paltar olmayıb.
Hadisə yerindən qaçanda isə, o, həmin pencəyi də əynindən çıxarıb atıb.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər