"Roma" klubunun 9 ay ərzindəki itkisi açıqlandı

"Roma" klubunun 9 ay ərzindəki itkisi açıqlandı

İtaliyanın "Roma" klubunun 2019/2020 maliyyə ilinin 9 ay ərzindəki itkisi bəlli olub.

101.az xəbər verir ki, paytaxt təmsilçisi zərəri martın 31-dək 126.4 milyon avroya çatıb.

Bir il əvvəl bu göstərici 29,5 milyon avrodur. Martın 31-dək "Roma"nın xalis maliyyə borcu 280.5 milyon avro olub.

Klubun itkilərlə üzləşməsi Çempionlar Liqasında oynamaması və koronavirus pandemiya ilə əlaqədardır.

Qeyd edək ki, mart ayında koronavirusa görə dayandırılan İtaliya A Seriyası iyunun 20-də bərpa olunacaq. 26 oyuna 45 xal toplayan "Roma" turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR