Gitarası hərracda rekord qiymətə satıldı

Gitarası hərracda rekord qiymətə satıldı

“Nirvana”nın mərhum frontmeni Kurt Kobeynin 1993-cü ildə qrupun “MTV Unplugged In New York” konsertində istifadə etdiyi akustik gitarası hərracda rekord məbləğə - 6 milyon dollara satılıb.

101.az bildirir ki, bu barədə “Julien's Auctions” hərrac evinin Tvitter səhifəsində məlumat verilib.

“6 010 000 dollara satıldı! Gitara üçün yeni dünya rekordu!”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Kobeyn bu “Martin D-18E 18” akustik gitarada 1993-cü ilin noyabrında, ölümündən təxminən 5 ay əvvəl, ifa edib. 1994-cü ildə 27 yaşlı Kobeyn özünə qəsd edib.

101.az (“Qafqazinfo”)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR