Dünyanın ən uzun ildırımının ölçüsü açıqlandı - İNANILMAZ RƏQƏMLƏR

Dünyanın ən uzun ildırımının ölçüsü açıqlandı - İNANILMAZ RƏQƏMLƏR

Dünyada qeydə alınan ən uzun ildırım 709 km olub.

101.az xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatı məlumat yayıb.

Xəbərə görə, yeni peykdən ildırım görüntüləmə texnologiyasından istifadə edilərək gerçəkləşdirilən ölçmələrə əsasən, dünyanın ən uzun ildırımı 31 oktyabr 2018-ci ildə Braziliyada qeydə alınıb.

Açıqlamada, həmçinin, 4 mart 2019-cu ildə Argentinada meydana gələn ildırımın 16,73 saniyə davam etdiyi, bunun da bu günə qədər davam etmə müddətinə görə qeydə alınan ən uzun ildırım olduğu vurğulanıb.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR