Castin Biberdən onu cinsi təcavüzdə ittiham edənlərə gözlənilməz həmlə

Castin Biberdən onu cinsi təcavüzdə ittiham edənlərə gözlənilməz həmlə

Kanadalı ifaçı Castin Biber onu təcavüzdə ittiham edən iki qadını böhtan atdıqları üçün məhkəməyə verib və təzminat kimi 20 milyon dollar (34 milyon AZN - red.) pul tələb edib.

Bu barədə TMZ xəbər yayıb.

Qeyd edilir ki, təcavüz ittihamı sosial şəbəkələrin iki istifadəçisindən gəlib. Onlar cinsi təcavüzə 2014 və 2015-ci illərdə məruz qaldıqlarını deyirlər.

İttihamçı qızlardan biri Biberin 2014-cü ilin mart ayında musiqi festivalından sonra Texasdakı “Four Seasons Otel”ində təcavüz etdiyini bildirib.

Musiqiçi isə bu oteldə qalmadığını və təqsirsiz olduğuna dair sübutların olduğunu iddia edib.

Müğənninin ikinci iddia edilən qurbanı onu 2015-ci ilin may ayında “Met Gala” kostyum institutunun tədbiri zamanı Nyu-Yorkdakı bir oteldə təcavüz etməkdə günahlandırıb.

Sənətçi bu ittihamları da qətiyyətlə rədd edərək böhtan adlandırıb.

Müğənni məhkəməsində bildirib ki, hər iki böhtançının səhifəsi müğənninin nüfuzunu pozmağa çalışan bir şəxsə aid ola bilər.

Məhkəmədə Biber ittihamları yalan, faktiki olaraq mümkünsüz, çirkin adlandırıb.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR