16 yaşlı TikTok ulduzu intihar etdi

16 yaşlı TikTok ulduzu intihar etdi

Hindistanın 16 yaşlı məşhur TikTok ulduzu Siya Kakkar intihar edib.

101.az xəbər verir ki, hadisə ötən gün Yeni Delidə baş verib. Onun ölümü ilə bağlı məlumatı meneceri Arcun Sarin təsdiqləyib.

"Gecə onunla danışdıq. Yeni layihələri müzakirə etdik. Normal danışırdı. Ola bilsin ki, şəxsi problemi olub. İşi ilə bağlı hər şey yolunda gedirdi" deyə, o, bildirib.

Siyanın TikTok-da 1,5 milyon izləyicisi var idi. Ölümündən bir neçə saat əvvəl o, yaşadığı binanın damından video paylaşıb.

Yaxınlarının dediyinə görə, sosial şəbəkə ulduzu dəfələrlə təhdid edilib. Onun hansı səbəbdən özünü öldürdüyü araşdırılır.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR