Ronaldu bahalı yaxtanı icarəyə götürdü

Ronaldu bahalı yaxtanı icarəyə götürdü

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu sevgilisi Corcina Rodrigeslə İtaliyanın şərq sahilinə tətilə yollanıb.

101.az xəbər verir ki, 35 yaşlı hücumçu 20 metrlik "Mangiomar" yaxtasını icarəyə götürüb.

Gəmidə 4 kabinədə 9 nəfər yerləşə bilər. Yaxtanın həftəlik icarə haqqı təxminən 30 min funt sterlinqdir (33 min avro). Mangiomarda Ronaldunun sevgilisi ilə yanaşı bir neçə dostu da var. Portuqaliyalı forvard tezliklə "Cenoa" ilə matçın hazırlıqlarında iştirak üçün gəmini tərk edəcək.

Qeyd edək ki, Ronaldu bu mövsüm "Yuventus"un heyətində 36 oyun keçirib, 27 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

101.az (Report)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR