Feysbuk platformasının qurucusu Mark Zukerberq külli miqdarda ziyana uğrayıb

Feysbuk platformasının qurucusu Mark Zukerberq külli miqdarda ziyana uğrayıb

101.az xəbər verir ki, onlarla şirkət ABŞ Prezidenti Donald Trampın zorakılıq tərkibli paylaşımını silməyən Feysbukdan reklamlarını geri çəkib.

Belə ki, ABŞ-ın Minnesota ştatındakı Minneapolis şəhərində qaradərili Corc Floydun polis zorakılığı nəticəsində ölməsinə etiraz olaraq baş qaldıran aksiyalar polislə vətəndaşlar arasında insidentlərə çevrilmişdi. Tramp da bu olaylarla bağlı paylaşımlarında “yağma başlayarsa, atəş açarıq” ifadələrinə yer vermişdi. Tvitter tarixdə ilk dəfə bir dövlət başçısının paylaşımını “zorakılıq tərkibli” olduğu üçün silmişdi. Lakin Feysbuk bu paylaşımın platformanın qaydalarını pozmadığını açıqlamışdı.

Buna reaksiya olaraq amerikalı şirkətlər Feysbukda yayımlanan reklamlarını geri çəkib. Bu da Mark Zukerberqə 7,2 milyard dollar itkiyə başa gəlib. Onun ümumi sərvəti 82,9 milyarda enib.

101.az (Publika.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR