Axmaq pərəstişkarının günahı ucbatından həyatla vidalaşan — Dövrünün ən böyük sehrbazı Harri Qudini

Axmaq pərəstişkarının günahı ucbatından həyatla vidalaşan — Dövrünün ən böyük sehrbazı Harri Qudini

Belə ki, 1926-cı ilin oktyabr günlərindən birində Harri, "Üçdə bir" adlı yeni şousunu nümayiş etdirdikdən sonra qrim otağında istirahət edib. İki cavan rəssam isə onun portretini çəkməklə məşğul olub. Bu zaman içəri daxil olan sehrbazın pərəstişkarı onun həqiqətən də dəmir əzələlərə sahib olub olmamasını yoxlamaq üçün onun qarın nayihəsinə üç güclü zərbə vurur. Buna hazır olmayan sehrbaz bir anda şiddətli ağrılar içərisində qovrulur. Lakin tez bir zamanda özünü ələ alan sehrbaz hazır olduğunu söyləyərək, pərəstişkarından ona yenidən zərbə endirməyini söyləyir.

Bu absurd qəza Harrinin zədələnmiş appendisitini partladır. Lakin, böyük illüziyaçı qarnındakı dözülməz ağrılardan əziyyət çəkdiyini heç kimə göstərmədən bir neçə gün konsert verib. Sonuncu konsertdə səhnədə huşunu itirən sehrbaz təcili olaraq, xəstəxanaya çatdırılanda onun yüksək hərarəti olub. Həkimlərin bütün səylərinə baxmayaraq, Harry Qudini bir neçə gündən sonra 52 yaşında vəfat edir.

Onun dəfni 4 noyabr 1926-cı ildə baş tutur. Harri unikal fəndi üçün (təkcə sudan deyil, həm də qumun altından çıxmaq üçün) hazırlatdırdığı bürünc sandığa yerləşdirilərək, Nyu York şəhərində dəfn edilir.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR