NBA-da daha iki oyunçuda koronavirus aşkarlandı

NBA-da daha iki oyunçuda koronavirus aşkarlandı

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış edən "Bruklin Nets" komandasının iki oyunçusunda koronavirus aşkarlanıb.

101.az bildirir ki, bunlar Spenser Dinviddi və Deandre Cordandır. Hər iki basketbolçunun test nəticəsi müsbət olub.

Cordan mövsümün qalan hissəsi üçün Florida ştatının Orlando şəhərinə getməyəcəyini bildirib. Dinviddi isə durumunun bəlli olmadığını söyləyib.

Qeyd edək ki, NBA-da mövsümün iyulun 31-də 22 komandanın iştirakı ilə bərpası planlaşdırılır.

Komandaların hamısı matçlarını Florida ştatının Orlando şəhərində keçirəcək. Qarşılaşmalar boş tribunalar önündə oynanılacaq.

NBA-da cari mövsümün görüşləri martın 12-də koronavirus səbəbindən dayandırılıb. Daha öncə "Sakramento Kinqs"in iki oyunçusu koronavirusa yoluxub.

101.az ("Report")
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR