30 yaşlı Bakı sakini özünü çilçıraqdan asdı

30 yaşlı Bakı sakini özünü çilçıraqdan asdı

Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.

101.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

İyunun 29-da, saat 18:30 radələrində 1990-cı il təvəllüdlü Orxan Cəlilov rayonun İlqar İsmayılov küçəsində yerləşən 12№-li evində ölü vəziyyətdə tapılıb. O, özünü çilçıraqdan asıb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi (ölüm həddinə çatdırma) ilə cinayət işi başlanıb.

İntiharın səbəbi aydınlaşdırılır.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR