Azərbaycanda Özbəkistan Ticarət Evi açılır

Azərbaycanda Özbəkistan Ticarət Evi açılır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Özbəkistan Ticarət Evi" MMC-ni dövlət qeydiyyatına alıb.

101.az xəbər verir ki, Ticarət Evinin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Salamzadə küçəsi, ev 65B, qanuni təmsilçisi isə Samir Elçin oğlu Cəfərovdur.

MMC-nin nizamnamə kapiatlı 20 manat təşkil edir.

Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 30 mln 534,75 min ABŞ dolları olub ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur. Hesabat dövründə ixrac 20,6% azalaraq 4 mln 858,12 min ABŞ dolları, idxal isə 43,3% artaraq 25 mln 676,63 min ABŞ dolları olub.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR