"Bavariya" 20-ci dəfə Almaniya kubokunu qazandı

"Bavariya" 20-ci dəfə Almaniya kubokunu qazandı

Münhenin "Bavariya" futbol klubu Almaniya kubokunun finalında Leverkuzenin "Bayer" komandasını məğlub edib. Görüş 4:2 hesabı ilə başa çatıb.

101.az-ın məlumatına görə, qarşılaşma Berlində Olimpiya Stadionunda koronavirus pandemiyası səbəbindən tamaşaçısız keçirilib.

Qalib komandadan David Alaba (16-cı dəqiqə), Serc Qnabri (24) və Robert Levandovski (59, 89) qolları vurublar. Leverkuzen klubundan Sven Bender (63) və Kay Haverts (90, penalti nöqtəsindən) vurublar..

"Bavariya" 20-ci dəfə ölkə kubokunun sahibi oldu, 4 dəfə klub finalda məğlub olub.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR