Can Yamanın yeni serialı məhkəməlik oldu

Can Yamanın yeni serialı məhkəməlik oldu

"Fox" telekanalında yayımlanan baş rollarını Can Yaman ilə Özgə Gürelin paylaşdığı "Bay yanlış" serialı məhkəməlik olub.

101.az xəbər verir ki, "Kanal D" telekanalı məhkəməyə müraciət edərək serialın prodüserinin ilk olaraq yayım təklifini onlara etdiyini və müqavilə imzalanacağı gün isə "Fox" kanalı ilə razılaşdıqlarını bildirib.

Ekran işinin yayımının dayanmağını istəyən "Kanal D" telekanalı məhkəmədə məğlub olub. Hakim müqavilə olmadığı üçün telekanalın tələbini rədd edib.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR