Emin "Jara"nın onlayn keçirilməsindən imtina etdi

Emin "Jara"nın onlayn keçirilməsindən imtina etdi

Xalq artisti Emin Ağalarov "Jara 2020" beynəlxalq musiqi festivalının keçirilməsindən imtina etmə səbəbini açıqlayıb.

101.az xəbər verir ki, müğənni musiqili tədbirin onlayn keçirilməsini də ləğv edib.

"Karantin dövründə onlayn konsertlərə baxdım. Maraqlıdır təcrübə və formatdır. Amma sənətçi üçün canlı musiqi və auditoriya önəmlidir. Bu atmosferi heç nə ilə əvəz etmək olmaz" deyə, Ağalarov söyləyib.

Emin onu da bildirib ki, bu il planlaşdırılan "Jara" 2021-ci ildə eyni sənət adamlarının iştirakı ilə keçiriləcək.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR