Afrikalı hücumçu "Qəbələ"dən ayrılır

Afrikalı hücumçu "Qəbələ"dən ayrılır

İcarə əsasında İsrailin "Hapoel" (Kiryat-Şmona) klubunda çıxış edən Ceyms Adeniyi "Qəbələ"dən ayrılmaq istəyir.

101.az-ın məlumatına görə, bu barədə nigeriyalı futbolçu yerli mətbuata açıqlamasında deyib.

28 yaşlı hücumçu bildirib ki, daha bir il Kiryat-Şmona təmsilçisində çıxış etmək niyyətindədir. Afrikalı oyunçu bunun üçün "qırmızı-qaralar"la danışıq aparacağını söyləyib. O, əyalət klubu ilə müqaviləsini pozmaq istədiyini əlavə edib.

Qeyd edək ki, 2018-ci ilin yayında "Qəbələ" ilə 3 illik müqavilə imzalamış Ceyms Adeniyi ötən mövsüm 31 oyuna 12 qol vurub.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR