Xərçəngin çarəsi əqrəbdə tapıldı

Xərçəngin çarəsi əqrəbdə tapıldı

Əlvan əqrəbin zəhərinin molekullarını autoimmun xəstəliklərin müalicəsinə uyğunlaşdırmaq mümkün olub. Bundan başqa, o, bəzi onkoloji xəstəliklərin müalicəsində də kömək edə bilər.

Bu barədə rusiyalı və belçikalı alimlərin “Frontiers in Pharmacology” elmi jurnalında dərc olunan məqaləsində deyilir.

Əlvan əqrəbin (Mesobuthus eupeus) zəhərinin molekulları həyati fizioloji funksiyaları yerinə yetirən, hüceyrələrin bölünməsində və immun reaksiyalarda iştirak edən kalium kanallarını blok edə bilir.

Bu kanalların işini əqrəb zəhərindəki bloklaşdırıcı maddənin köməyi ilə daha az aktiv hala gətirmək olar. Söhbət kalium kanallarını tıxaya bilən amin turşuları zəncirindən gedir.

Tədqiqatçılar xərçəngin və bir sıra digər xəstəliklərin inkişafına gətirib çıxaran kanalların bağlanması üçün zəhərin tərkib hissəsini süni şəkildə dəyişdirə biliblər.

Hazırda elm adamları belə zülalların və kalium kanallarının qarşılıqlı əlaqəli sahələrinin necə qurulduğunu araşdırırlar. Bunu öyrənmək yeni nəsil dərmanların hazırlanmasına kömək edəcək

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR