Medvedev: “Rusiya NATO-nun fəaliyyətlərinə effektiv cavab verməlidir”

Medvedev: “Rusiya NATO-nun fəaliyyətlərinə effektiv cavab verməlidir”

“Rusiya pandemiya dövründə NATO və Rusiya Federasiyası, KTMT təmas xətti boyu hər hansı fəaliyyətlərdən çəkinməyə çağırış etsə də, təlimlər keçirildi. Moskva buna reaksiya verməlidir, öz silahını uyğun məsafədə saxlamalıdır: o “iti, dəqiq və müasir” olmalıdır”.

101.az-ın məlumatına görə, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“Daxili problemlər hər bir ölkədə olduğu kimi, bizdə də kifayət qədərdir. Xarici problemlər də yetərincədir. Sovet İttifaqının dağılmasından sonra nə baş verdiyinə baxın. Biz 90-cı illərdə NATO ölkələri ilə tərəfdaşlıq yaratmaq üçün fəal çalışdıq. Hətta hansısa məqamda NATO-ya qoşulmaqla bağlı danışıqlar da apardıq. Ancaq bizə dedilər ki, “yox, siz orada lazım deyilsiniz, çünki bizim öz prioritetlərimiz var, siz uyğun gəlmirsiniz, uyğun deyilsiniz”.

“Əgər biz bu təşkilatın daxilində deyiliksə və bu, hərbi blokdursa, onda başa düşməliyik ki, hərbi blokun qoşunları, prinsipcə, o cümlədən, bizim də ölkəmizə qarşı yönəlmiş hərbi fəaliyyətlərdə iştirak etməyə hazırlaşır”, - D.Medvedev qeyd edib.

“Artıq strateji nüvə silahlarının başlıqlarının fokusundan danışmıram. Oradakı uçuş tapşırıqlarını kimsə dəyişdirdi? Yox. Əgər belədirsə, biz də öz silahlarımızı lazımi vəziyyətdə saxlamalıyıq. Onlar iti, dəqiq və müasir olmalıdır. Buna görə də, bu cür fəaliyyətlərə cavab vermək üçün yeni silah növləri meydana çıxır”, - deyə D.Medvedev vurğulayıb.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR