Rusiya koronavirusla mübarizə üçün Azərbaycana mütəxəssislər göndərəcək

Rusiya koronavirusla mübarizə üçün Azərbaycana mütəxəssislər göndərəcək

Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib ki, yeni koronavirus infeksiyası ilə mübarizədə yerli mütəxəssislərin təcrübəsi, həmçinin pasiyentlərə yardım ölkədən xaricdə də çox tələb olunur.

Nazir qeyd edib ki, xüsusi halda, Rusiya həkimləri artıq italiyalı, qırğız həmkarlarına virusla mübarizə aparmağa kömək ediblər. Onun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycana da səfər planlaşdırılır.
"Hər gün biz bir sıra ölkələrdən müraciətlər alırıq, hansılar ki, həm metodiki, həm də praktik kömək kimi göstərmək üçün mütəxəssislərimizi göndərməyimizi xahiş edirlər və biz kömək edirik. Bu gün artıq mütəxəssislər İtaliyada işləyirlər, Qırğızıstandan qayıtdılar, indi Qazaxıstanda işləyirlər. Mütəxəssislərin Azərbaycana getməsi planlaşdırılır.

Əlbəttə biz xüsusilə yaxın dostlara hərtərəfli yardım göstəririk", - deyə o, “Rusiya-24” telekanalına müsahibəsində deyib.

101.az (ölkə az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR