Bu rayonda içi narkotiklə dolu olan iki çanta tapıldı

Bu rayonda içi narkotiklə dolu olan iki çanta tapıldı

Cəlilabadda külli miqdarda narkotik tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 3-də Üçtəpə kəndi ərazisindən tapılmış 2 ədəd çantaya baxış zamanı 3 kiloqram 840 qrama yaxın heroin, 2 kiloqram 760 qram həşiş, 1 kiloqramdan artıq tiryək, 1 kiloqrama yaxın metamfetamin və 500 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR