Azərbaycanda 18 məhkum koronavirusa yoluxub, 2-si azadlığa buraxılıb

Azərbaycanda 18 məhkum koronavirusa yoluxub, 2-si azadlığa buraxılıb

Azərbaycanda koronavirusa yoluxan məhkumların sayı açıqlanıb.

101.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkumda, 14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkumda, 4 saylı cəzaçəkmə müəssisəsində isə 2 məhkumda testlərinin nəticələri pozetiv çıxıb: “Bu şəxslərdən ikisi vaxtından əvvə şərti azadlığa buraxılıb və TƏBİB-ə təhvil verilib”.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR