“Mançester Yunayted”də yeni rekord: Şmeyxeli geridə qoydu

“Mançester Yunayted”də yeni rekord: Şmeyxeli geridə qoydu

İspaniyalı qapıçı David de Xea “Mançester Yunayted” klubunun tarixinə düşüb.

101.Az xəbər verir ki, 29 yaşlı qolkiper Premyer Liqanın 34-cü turunun “Aston Villa” ilə matçında iştirak edərək (3:0), “qırmızı şeytanlar”dakı oyun sayını 399-a çatdırıb.

De Xea bununla da, klub tarixində ən çox oyun keçirən legioner qapıçı olub.

Bundan əvvəlki rekord MY-nin sabiq qapıçısı Kasper Şmeyxelə aid idi.

De Xea 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR