Ebru Gündeşin "O səs Türkiyə"də qazanacağı məbləğ açıqlandı

Ebru Gündeşin "O səs Türkiyə"də qazanacağı məbləğ açıqlandı

Ötən sezonda "O səs Türkiyə"dən ayrılacağı xəbərini verən Seda Sayanın yerinə kimin gələcəyi məlum olub.

101.az xəbər verir ki, jürilər heyətində Seda Sayanı Ebru Gündeş əvəz edəcək.

Layihənin rəhbəri Acun Ilıcalı bu barədə qərar verib və müğənni ilə razılaşıb.

Qeyd edək ki, Ebru Gündeş 3 sezon bu yarışmada jurilər sırasında yer alıb.

Onun proqramda həftəlik 180 min, ay ərzində 720 min qazanacağı barədə məlumatlar var.

Sevənlərinin qarşısına daha gözəl, şık çıxmaq üçün müğənni modelyer Züleyha Kuruyla yeni geyimlər üzərində işləyirlər.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR