Rusiya XİN: Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir

Rusiya XİN: Ermənistan – Azərbaycan sərhədində gərginliyin artması yolverilməzdir

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan – Ermənistan sərhədində gərginliyin kəskin artmasından ciddi narahatlığını ifadə edir.

101.az xəbər verir ki, bu barədə adıçəkilən qurumun yaydığı açıqlamada bildirilir.

“Aldığımız məlumata görə döyüşlər davam edir, artilleriyadan istifadə olunur. Ölən və yaralananlar var. Həlak olanların ailələrinə, yaxınlarına başsağlığı veririk. Regionun təhlükəsizliyinə təhdid olan bu gərginliyi yolverilməz hesab edir, qarşıduran tərəfləri təmkinli olmağa, atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq”, - deyə açıqlamada vurğulanır.

Rusiya XİN həmçinin vəziyyəti sabitləşdirmək üçün müvafiq dəstək verməyə hazır olduqlarını da bildirib.

101.az (Report)


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR