“Real Madrid” minimal hesabla qələbə qazandı

“Real Madrid” minimal hesabla qələbə qazandı

İyulun 13-də futbol üzrə İspaniya La Liqasının 36-cı turunun son oyunu keçirilib.

101.az xəbər verir ki, turun son oyununda “Real Madrid” klubu səfərdə “Qranada” komandasını qonağı olub.

“Nuevo Los Carmenes” stadionunda keçirilən görüş Madrid təmsilçisinin minimal hesabla qələbəsi ilə başa çatıb - 2:1.

“Kral” klubun heyətində Ferland Mendi, Kərim Benzema fərqləniblər. “Qranada” yeganə qolunu isə Darvin Macis vurub.

Bu qələbədən sonra xal ehtiyatını 83-ə çatdıran “Real Madrid” turnir cədvəlində liderliyini davam etdirir. “Qranada” isə 50 xalla 10-cu yerdədir.

101.az (publika az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR