14 ildən sonra La Liqaya qayıtdılar

14 ildən sonra La Liqaya qayıtdılar

Futbol üzrə İspaniya La Liqasına yüksələn ilk klub məlum olub.

101.az xəbər verir ki, Sequndada 40 turdan sonra lider “Kadis” ən pis halda 2-ci yeri özü üçün təmin edib.

Hesabında 69 xalı olan komanda sona iki tur qalmış çempionluğa da əsas namizəd sayılır. 2-ci pillədə qərarlaşan “Hueska”nın 64, 3-cü olan “Saraqosa”nın isə 62 xalı var.

Qeyd edək ki, “Kadis” sonuncu dəfə 2005/06 mövsümündə La Liqada çıxış edib.

11.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR