ATƏT sədri də sərhəddəki vəziyyətlə bağlı bəyanat verdi

ATƏT sədri də sərhəddəki vəziyyətlə bağlı bəyanat verdi

"Mən Ermənistan və Azərbaycan sərhədi boyunca artan gərginlikdən dərin narahatlıq keçirirəm və tərəfləri daha çox insan tələfatı baş vermədən atəşkəsə dərhal qayıtmağa çağırıram".

101.az bildirir ki, bu sözlər ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və Avropa və Xarici İşlər naziri Edi Ramanın təşkilatın saytında yayımlanmış bəyanatında yer alıb.

E.Rama qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və fəaliyyətdə olan sədrin şəxsi nümayəndəsi səfir Andjey Kaspşik tərəflərlə sıx təmasdadırlar və vəziyyəti sabitliyə qaytarmağa çalışırlar. O vurğulayıb ki, Azərbaycan və Ermənistanın liderlərinin 2019-cu ilin martında Vyanadakı görüşü zamanı Minsk Qrupu həmsədrlərinin himayəsi ilə birbaşa komunikasiya kanalı yaradılıb.

Rama bu cür mexanizmlərin vəziyyətin de-eskalasiyası üçün istifadə edilə biləcəyinə ümid etdiyini ifadə edib.

E. Rama həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, hər iki tərəfdən yaralananlarla bağlı narahatlığını bildirib: “Biz insan itkilərini azaltmaq və mümkün qədər tez bir vaxtda substantiv danışıqları bərpa etmək üçün əlimizdən gələni etməliyik”.

101.az (qafqazinfo az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR