Türkiyəli məşhurdan ŞƏHİD OLAN GENERALLA BAĞLI PAYLAŞIM — FOTO

Türkiyəli məşhurdan ŞƏHİD OLAN GENERALLA BAĞLI PAYLAŞIM — FOTO

Türkiyəli məşhur müğənni,rejissor Mahsun Kırmızıgül Azərbaycan Ordusunun general-mayoru qəhrəmancasına şəhid olan Polad Həşimov haqqında paylaşım edib.

101.az xəbər verir ki, o, generalın fotosunu “İnstagram” səhifəsinin hekayə bölümündə yayımlayaraq bu sözləri yazıb:

“Uğurlarına görə ona verilən evi şəhid ailəsinə hədiyyə edən, avtomobilini nazirliyə bağışlayıb öz şəxsi işlərini həll etmək üçün metro ilə gedən, dürüst insan, general Polad Həşimov şəhid olub. Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyirəm”.
Qeyd edək ki, iyulun 14-ü səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər nəticəsində şəhid olan general-mayor Polad Həşimov bu gün II Fəxri Xiyabanda dəfn edilib.



101.az (ölkə az)


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR