Azərbaycan II rübdə qaz ixracını 22%-dən çox artırıb

Azərbaycan II rübdə qaz ixracını 22%-dən çox artırıb

Bu ilin II rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 5 milyon tondan artıq xam neft ixrac edib.

"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, rüb ərzində şirkətin təbii qaz ixracının həcmi isə 138 milyon kubmetr təşkil edib. Ölkə üzrə qaz ixracının həcmi isə 3 milyard kubmetrı bərabər olub ki, bu da illik müqayisədə 22,5% çoxdur.

Aprel-iyun aylarında neft emalı və neft-kimya məhsullarının ixrac həcmi isə 671 min ton olub.

101.az (report a)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR