Paralimpiyaçı cüdoçularımız altı medal qazanıb

Paralimpiyaçı cüdoçularımız altı medal qazanıb

Antalyada IBSA dünya kuboku yarışları başa çatıb.
Milli Paralimpiya Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsindən 101.az saytına bildiriblər ki, yığmamız yarışda 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.
Hüseyn Rəhimli (81kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sevda Vəliyeva (52 kq) gümüş medal qazanıb. Səbinə Abdullayeva (57 kq), Orxan Qarayev (60 kq), Kənan Abdullaxanlı (90 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) bürünc medal qazanıblar.
Millimiz dünya kuboku yarışlarında Azərbaycan Cüdo Federasiyası və “Neftçi” idman klubunun dəstəyi ilə çıxış edib.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR