Gəncədə dahi bəstəkar Qəmbər Hüseynlinin məzarının köçürülməsi ilə bağlı məsələyə aydınlıq gətirilib

Gəncədə dahi bəstəkar Qəmbər Hüseynlinin məzarının köçürülməsi ilə bağlı məsələyə aydınlıq gətirilib

Qəmbər Hüseynlinin məzarının köçürülməsi ilə bağlı məsələyə aydınlıq gətirilib
Respublikanın Əməkdar incəsənət xadimi, bəstəkar Qəmbər Hüseynlinin məzarının köçürüləcəyi və ərazidə çoxmənzilli binanın inşa ediləcəyi ilə bağlı məsələyə aydınlıq gətirilib.

Dahi bəstəkarın Gəncənin Atatürk prospektindəki məzarının yerləşdiyi ərazinin hasarlanması şəhər sakinləri tərəfindən birmənalı qarşınlanmayıb. Bir neçə gündür ki, sosial şəbəkələrdə bununla bağlı müxtəlif paylaşımlar edilir.

Məsələ ilə bağlı ərazidə olan Gəncə şəhər MKTİB-nin rəis müavini İlqar Əsədov 101.az-a bunları deyib:

“Məlumat üçün bildirək ki, Gəncə şəhərində geniş miqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Bu işlərin tərkib hissəsi kimi hazırda dayandığımız ərazidə də abadlıq və bərpa işlərinin aparılması nəzərdə tutulub. Dahi Azərbaycan bəstəkarı Qəmbər Hüseyinlinin məzarüstü abidəsinin köçürüləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Əksinə abidənin daha möhtəşəm formada restavrasiya olunması məsələsi mütəxəssislər tərəfindən təhlil edilir. Bildirmək istəyirəm ki, hazırda aidiyyatı qurumlar tərəfindən Gəncənin yeni Baş planı işlənib hazırlanır. Yeni Baş plana uyğun olaraq bu ərazidə də şəhərsalma norma və qaydalarına əməl etməklə işlər görülə bilər. Lakin bunu demək üçün hələ çox tezdir. Bu gün söhbət yalnız ərazidə aparılan abadlıq işlərindən gedir”.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR