30 min dollar oğurladı və yaxalandı

30 min dollar oğurladı və yaxalandı

Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə Gəncə şəhərindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Məlumatla əlaqədar Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Sadıllı qəsəbəsində yaşayan A.Əliyevanın evindən 30.000 ABŞ dolları və məişət əşyalarının oğurlandığı məlum olub.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Rahid İbişov saxlanılıb.
Bu barədə 101.az saytına nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR