Rembrandtın avtoportreti rekord məbləğə satılıb

Rembrandtın avtoportreti rekord məbləğə satılıb

Rembrandtın 1632-ci ildə yazdığı Harmen van Reyn rəsm Londonda rekord 14.5 milyon funta (18.7 milyon dollar) satılıb.

101.az-ın verdiyi məlumata görə, ilkin olaraq rəsmə 12-16 milyon funt (15-20 milyon dollar) qiymət qoyulmuşdur.

Rəssam sənət əsərini 26 yaşında olarkən çəkib. Bu Rembrandtın özünü rəsmi geyimdə - ağ yaxalıq və qara şlyapada təsvir etdiyi iki rəsmdən biridir. Sənətkarın əvvəlki rekord qıran digər avtoportreti 6.9 milyon funt sterlinqə satılıb.

101.az (trend az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR