“Trabzonspor” Türkiyə kubokunu qazandı - 9-cu dəfə

“Trabzonspor” Türkiyə kubokunu qazandı - 9-cu dəfə

Türkiyə kubokunda 2019/20 mövsümünə yekun vurulub.

101.az xəbər verir ki. final oyunu İstanbuldakı Atatürk Olimpiya stadionunda baş tutub.

Həlledici matçda “Trabzonspor” “Alanyaspor”la üz-üzə gəlib. Tarixində ilk dəfə kubokun finalına yüksələn sonuncular titullu rəqibi ilə bacarmayıblar.

Hər hissədə 1 qol vuran Trabzon klubu 15-ci dəfə yüksəldiyi finalda 9-cu dəfə mükafata yiyələnib. Sonuncu dəfə 2010-cu ildə bu uğura imza atan komanda kubok sayında “Beşiktaş”a çatıb.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR