3 həftədir davam edən 16 məhkəmə bitdi

3 həftədir davam edən 16 məhkəmə bitdi

Hollivud ulduzu Conni Deppin "The sun" dərgisi ilə üç həftə davam edən 16 məhkəmə prosesi nəhayət başa çatıb.


101.az xəbər verir ki, hər iki tərəf hakimə əlində olan dəlilləri təqdim edib.

Conni 2018-ci ildə onun bir vəhşi olduğunun, qadın döydüyünün yazıldığı məqalənin yalan olduğunu və onun reputasiyasını aşağı saldığını iddia edib. "The Sun" rəhbəri isə yazılanların doğru olduğunu, aktyorun arvadı Ember Herdə qarşı şiddət göstərdiyini bildirib.

Məhkəmə prosesində yazılanların həqiqət olduğunu sübut etmək üçün Connini qalmaqallı şəkildə boşandığı keçmiş arvadı Emberlə də üzləşdiriblər. Londonda keçirilən məhkəmə prosesi başa çatsa da, qərar üçün tərəflər bir neçə həftə gözləməli olacaq.

Depp və Herd dəhşətli ailə həyatları ilə bağlı bu günə qədər bir çox məqamları açıqlayıblar. Conn şiddətə özünün məruz qaldığını iddia edib. O deyib ki, Ember əsəbiləşəndə onu vurmağa, evdəki sərt əşyaları ona atmağa başlayıb. Emberin bu hərəkətini sübut edən lent yazıları da hakimə təqdim olunub.

Ember isə Deppin narkotik qəbul edib, özündən çıxdığını söyləyib. Həmin an aktyor Herdi döyüb, onu yerdə sürüyüb.

Conni isə keçmiş arvadının ona İlon Maskla xəyanət etdiyini bildirib. Aktyor bildirib ki, məhkəməyə şikayət etməsinin tək səbəbi "The Sun" dərgisinin yalan yazdığını sübut etməkdir. O, baş redaktordan külli miqdarda təzminat yox, üzr istəmələrini tələb edir. hHkim isə bu cür hallarda məğlub tərəfin qalibə 400 min dollar ödəməli olduğunu deyib. Eyni zamanda aktyor "The Sun"a onunla bağlı məqalə dərc etməyə qadağa qoya biləcək.

Uduzduğu halda isə Depp daha çox ödəmək məcburiyyətindədir. O, "The Sun"ın bütün məhkəmə xərclərini verəcək, eyni zamanda keçmiş arvadına qarşı açdığı davanı da uduzmuş olacaq. Conni arvadının ona xəyanət etdiyini, yalan danışdığını bildirərək məhkəməyə müraciət edib və ondan 50 milyon dollar təzminat istəyir.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR