"Toppuş bacı" yeni mövsümdə ARB-də aparıcılıq edəcək

"Toppuş bacı" yeni mövsümdə ARB-də aparıcılıq edəcək

Əməkdar artist Tünzalə Əliyeva yeni mövsümdə aparıcı kimi tamaşaçıların qarşısına keçəcək.

101.az xəbər verir ki, "Toppuş bacı" ləqəbli aktrisa ARB-də çalışacaq. Hazırda sənətçi yeni layihəsi üzərində çalışır.

Qeyd edək ki, T.Əliyeva bundan əvvəl "Space" kanalında səhər verilişinə aparıcılıq edirdi. Xərçəngdən əziyyət çəkən aktrisa xəstəliyi ağırlaşandan sonra işindən uzaqlaşıb.

Bir müddət əvvəl ARB-də verilişlərin birində qonaq olarkən "Toppuş bacı" deyib ki, arıqladıqdan sonra film, aparıcılıq təklifləri azalıb.


101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR