"Bavariya" ispan futbolçunun gedişini açıqladı

"Bavariya" ispan futbolçunun gedişini açıqladı

Almaniya "Bavariya"sı futbolçusu Tiaqu Alkantara ilə yollarını ayırıb.

101.az bidirir ki, bu barədə klubun Direktorlar Şurasının sədri Karl-Haynts Rummenigge "Mirror" nəşrinə açıqlamasında deyib.

Funksioner bildirib ki, Braziliya əsilli ispan futbolçu özünü başqa komandada sınamaq istəyir: "Onu almaq istəyən klub müəyyən təzminat məbləği ödəməlidir. Nəzərdə tutduğumuz məbləği mətbuata açıqlamaq istəmirəm".

Qeyd edək ki, Alkantara karyerasını İngiltərə "Liverpul"unda davam etdirəcək. İspaniyanın "Barselona" klubunun yetirməsi olan yarımmüdafiəçi tibbi baxışdan keçdikdən sonra avqustun 1-də rəsmi müqaviləyə imza atacaq.

101.az ("Report")
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR