"Evlənmirəm, hər şeyi yozmayın"

"Evlənmirəm, hər şeyi yozmayın"

"Hercai" serialındakı Miran obrazı ilə tanınan Akın Akınöz evlənəcəyi ilə bağlı xəbərlərə münasibət bildirib.

101.az-ın məlumatına görə, aktyor bir müddət əvvəl paylaşımı ilə diqqət çəkmiş və sevgilisi Sandra Pestemalciya evlilik təklifi etdiyi bildirilmişdi. Məsələ ilə bağlı ilk dəfə açıqlama verən Akınöz belə bir halın olmadığını deyib.

Hava limanında obyektivlərə tuş gələn aktyor "Bilmirəm niyə, amma hər şey evliliyə yozulur. Evlənmirəm. Bu, bizim çox xoşbəxt olduğum an idi. Mən də onu paylaşmaq istədim. Profilimdə həmin enerjinin yer almasını istədim. Bundan başqa bir məsələ deyil" deyə, cavab verib.

101.az (axşam az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR