Mirqiyas Sarıyev '' Öncə nəfsimizi qurban verməyi öyrənək gərək''

Mirqiyas Sarıyev '' Öncə nəfsimizi qurban verməyi öyrənək gərək''

Gənc və uğurlu iş adamı Mirqiyas Sarıyev müqəddəs Qurban bayramı münasibətilə sosial şəbəkədə təbrik paylaşıb. ''101.az'' mətni olduğu kimi sizə təqdim edir.
''Üç səmavi dinin – Yəhudilik, Xristianlıq və İslamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ayin xüsusı mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. Qurban kəsərkən biz paylaşmağı, nəfsimizlə mübarizə aparmağı öyrənirik ilk öncə.
Dini qurban kəsmə mərasimi İslamdan da əvvəl mövcud olub, lakin o vaxtlar günahdan təmizlənmək, qəzəblənmiş Allahın könlünü almaq və s. nəzərdə tutulurdu. İslam- həm də mərhəmət, birlik və sadiqlik dinidir. Bu təməl prinsiplər nəinki fərdlərin yaşam bələdçisi, həmçinin dövlət idarəçilində də əsas sütunlardandır.

Müasir Azərbaycan dövlətçiliyinin banisi, İslam dəyərlərinə müstəsna qiymət verən ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsinin təməlində də milli birlik, dünyəvilik, müasirliklə yanaşı, dini dəyərlərə sadiqlik, mənəvi vəhdət, islami həmrəylik dururdu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi ''Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq. İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq, dünyada islam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, islam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz islamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik.''

Biz, Azərbaycan gəncləri, iş adamları – ümumiyyətlə sıravi vətəndaşları müqəddəs dinimizin ali dəyərlərinin, bizim milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsi olduğunu qəbul edirik.

Həmvətənlərimizə daha möhkəm təməlli, bütöv və firavan bir Azərbaycanda yaşayıb inkişaf etməyi arzulayıram. Qurban bayramınız mübarək!''

Hörmətlə, Mirqiyas Sarıyev

101.az




Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR