Olimpiya çempionu koronavirusa yoluxdu

Olimpiya çempionu koronavirusa yoluxdu

CAR-lı idmançı, 400 metr məsafəyə qaçış üzrə olimpiya çempionu olmuş Ueyd van Nikerkin COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Bu barədə “Report” “TASS”a istinadən xəbər verir .

Qeyd olunub ki, idmançı avqustun 1-də İtaliyanın Trieste şəhərində keçiriləcək yarışlarda çıxış etməli idi, ölkəyə iyulun 19-da gəlmişdi.

Van Nikerk 2016-cı ildə keçirilən Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçış üzrə qalib olub. O, iki dəfə dünya çempionu, bir dəfə dünya çempionatının gümüş mükafatçısı olub.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR