Səkkiz mərtəbəli binanın damından yıxılan gənc sağ qaldı

Səkkiz mərtəbəli binanın damından yıxılan gənc sağ qaldı

Çinin Şençjen şəhərində kişi səkkiz mərtəbəli binanın damından yıxılsa da, sağ qalıb.

Bu barədə “Daily Mail” məlumat yayıb

Hadisə iyulun 28-də baş verib. Səkkizmərtəbəli binanın damından yıxılan gənc avtomobilin damına düşüb və oradan da yerə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, 21 yaşlı gənc yıxılsa da, sanki heç nə olmamış kimi görünüb.

O, özü ayağa qalxıb və sərbəst şəkildə bir qədər oturduqdan sonra xəstəxanaya aparılıb.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR