Alimlər botoksun insan üçün faydalarını müəyyənləşdirdilər

Alimlər botoksun insan üçün faydalarını müəyyənləşdirdilər

Botoks inyeksiyaları bədənin hansı nahiyəsinə vurulmasından asılı olmayaraq antidepressiv effektə malikdirlər.

101.az xəbər verir ki, bu barədə bir qrup amerikalı alimin “Scientific Reports” jurnalında dərc olunan məqaləsində bildirilib.

Araşdırmaçılar 40 000-dən çox pasiyentdə botoksun yan təsirlərini təhlil ediblər. Həmin şəxslərə inyeksiyanı həm kosmetoloji, həm də tibbi (əzələ spazmları üçün) məqsədlərlə vurublar.

Araşdırmanın bütün iştirakçıları üçün eyni həkim göstərişli, lakin fərqli müalicə alan nəzarət qrupunda toplanılıblar. Məqsəd və bədən yerindən asılı olmayaraq, botoks yeridilən insanlarda depressiya və ya depressiv əlamətlər 40-88ha az qeydə alınıb.

“Araşdırmanın nəticələri insanın əhvalına təsir edən və depressiya ilə mübarizə aparan yeni müalicə metodunu dəstəkləyir. Özü də bu, məhdud sayda müşahidələrə deyil, kütləvi məlumatlara əsaslanır”, - alimlər bildiriblər.

101.az (“Report” )


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR