Gürcüstanda COVID-19-a yoluxanların sayı 1 177-yə çatdı

Gürcüstanda COVID-19-a yoluxanların sayı 1 177-yə çatdı

Gürcüstanda son sutkada koronavirusa 6 yeni yoluxma halı təsdiqlənib, daha 8 nəfər sağalıb.

101.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 177, sağalanların sayı isə 955 nəfərə çatıb. Xəstəlikdən vəfat edənlərin sayı 17, aktiv koronavirus xəstələrinin sayı isə 205 nəfər təşkil edir.

Hazırda Gürcüstan üzrə karantində 6 969, stasionar nəzarətdə isə 285 nəfər saxlanılır.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR