"Arsenal" "Vulverhempton"u Avropa Liqasından məhrum etdi

"Arsenal" "Vulverhempton"u Avropa Liqasından məhrum etdi

Arsenal Vulverhemptonu Avropa Liqasından məhrum etdi

Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun çıxış etdiyi İngiltərənin "Vulverhempton" klubu 2020/2021 mövsümü üçün Avropa Liqasına vəsiqə şansını itirib.

101.az-ın məlumatına görə, buna "Arsenal"ın İngiltərə Kubokunun finalında "Çelsi" üzərində 2:1 hesablı qələbəsi səbəb olub.

Derbidə "topçular" qalib gəlməsəydi, qitə miqyaslı yarışa "Vulverhempton" yollanacaqdı. Çünki Dadaşovun komandası Premyer Liqanı "Arsenal"dan bir pillə öndə - 7-ci yerdə başa vurmuşdu. 6-cı yeri tutan "Tottenhem" isə birbaşa qrupdan yox, təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

"Vulverhempton" hazırkı Avropa Liqasının qalibi ola bilsə, gələn mövsüm Çempionlar Liqasında çıxış edəcək.

101.az (report az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR