Moskvada bir gündə 13 nəfər koronavirusdan öldü

Moskvada bir gündə 13 nəfər koronavirusdan öldü

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 13 nəfər dünyasını dəyişib.

101.az xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 4498-ə çatıb.

Qeyd edək ki, Rusiyada indiyədək 850 870 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 5427 nəfər bu virusa yoluxub, 70 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 14 128 nəfərdir, indiyədək 650 173 nəfər sağalıb.

101.az (unikal org)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR